"Barselona"nın prezidenti Joan Laporta Ktaloniya bir müddət öncə Kataloniya təmsilçisindən ayrılaraq "Mançester Siti"yə keçən İlkay Gündoğanın klubu maddiyata görə tərk etmədiyini deyib.
Fanat.Az xəbər verir ki, "Manchester Evening News" onun sözlərini belə çatdırıb:
"Gündoğan Baş məşqçi Hans-Diter Fliklə görüşəndən sonra getmək qərarına gəldi. Bu, yalnız idman qərarıdır. İlkayın yerinə gələn Daniel Olmo eyni funksiyanı yerinə yetirir. Gündoğanın getməsini pulla əlaqələndirənlər yanlış düşünürlər. O, pula görə getməyib".
Nihat