Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi Türkiyənin “Boluspor” klubu baş məşqçisi Serhat Gülpınarı istefaya göndərib.
Fanat.Az xəbər verir ki, bu barədə Birinci Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klub rəhbərliyi ilə gənc mütəxəssis arasında baş tutan görüşdən sonra tərəflər ayrılmağa qərar veriblər.
Serhat Gülpınar bu il iyulun 18-də “Boluspor”un baş məşqçisi təyin olunmuşdu. 45 yaşlı mütəxəssis bu komandanı cəmi 4 oyuna çıxarıb. Bu görüşlərdə 1 qələbə qazanıb, 2 heç-heçə etmiş Bolu klubu 1 məğlubiyyətə üzülüb. Azərbaycanlı futbolçu da bu oyunlardan üçündə iştirak edib.
Vüsal İsgəndərlinin komandası Birinci Liqada 4 turdan sonra 5 xalla 13-cü pillədə qərarlaşıb. Futbolçumuz “Boluspor”da indiyə qədər 17 oyun keçirib.