"Qalatasaray"ın futbolçusu Hakim Ziyeş klubunu dəyişməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Ekrem Konur məlumat yayıb.
Mənbənin məlumatına görə, İstanbul nəhəngindən ayrılmaq qərarına gələn 31 yaşlı yarımmüdafiəçi artıq Qətərin "Əl-Ərəbi" klubu ilə razılığa gəlib. Planlaşdırılmamış heç nə baş verməsə, mərakeşlinin keçidi yaxın günlərdə reallaşacaq.
"Çelsi"nin və "Ayaks"ın sabiq futbolçusu bu mövsüm "Qalatasaray"ın heyətində 4 oyun keçirib və bu görüşlərdə heç nə ilə yadda qalmayıb.
Mirağa