Fransa millisinin qapıçısı Mayk Menyan Millətlər Liqasının ilk turunda İtaliya ilə oyunda məğlubiyyətdən (1:3) sonra komandanın çıxışını tənqid edib.
Fanat.Az xəbər verir ki, informasiyanı "L'Equipe" yayıb.
Xəbərə görə, qapıçı matçdan sonra paltardəyişmə otağında həmyerlilərinin oyununu kəskin tənqid edib. Mənbə Menyanın komanda yoldaşlarını mübarizə aparmamaqda və yaxşı fiziki formada olmamaqda suçladığını vurğulayıb.