"Bayern Münhen"in prezidenti Herbert Hayner komandanın yarımmüdafiəçisi Camal Musialanın gələcəyindən danışıb.
Fanat.Az xəbər verir ki, onun dediklərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Onu heyətdə mümkün qədər çox saxlamaq üçün hər şey edəcəyik. Məncə, Musiala ikinci Tomas Müller ola bilər. Yaxın 20 ildə "Bayern"də qalması mümkündür".
Qeyd edək ki, ötən mövsüm Almaniya nəhənginin forması ilə bütün turnirlərdə 36 matça çıxan Musiala 12 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. 21 yaşlı oyunçunun "Bayern"lə müqaviləsinin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub.
Nihat