FİFA VAR sistemini təkmilləşdirməyə davam edir.
Fanat.Az xəbər verir ki, bu dəfə hakimlərə VAR ilə bağlı qərarını tamaşaçılara izah etmək səlahiyyəti verilib.
Yenilik artıq Argentinada keçirilən 20 yaşadək futbolçular arasında və Avstraliyada keçirilən qadınlar arasında dünya çempionatında tətbiq olunsa da, Fransaya da belə səlahiyyət verilib.
Bu barədə "RMC Sport-"a Fransa Futbol Federasiyasının prezidenti Filip Diallo məlumat verib: "FİFA birbaşa tamaşaçılara müraciət etməyə icazə verdi. Yeniliyə əsasən Fransa stadionlarında VAR müdaxiləsindən sonra hakimlərə qərarlarını izah etməyə imkan verəcək səs sisteminin tətbiqini sınaqdan keçirmək üçün yaşıl işıq yandırıldı Lakin son qərar bu eksperimenti həyata keçirməli olan Fransa futbol liqalarının rəhbərliyindədir. Bu sistem Argentinada keçirilən 20 yaşadək futbolçular arasında və Avstraliyada keçirilən qadınlar arasında dünya çempionatında istifadə olunub. Biz ictimaiyyətlə hakimlər arasında münasibətləri yaxşılaşdırmaq fürsətindən istifadə edə bilərik".
Qeyd edək ki, VAR sistemi 2018-ci ildən tətbiq olunmağa başlayıb.
Mirağa