"Liverpul" yarımmüdafiəçisi Harvi Elliotun xidmətindən məhrum olub.
Fanat.Az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Xəbərə görə, Elliot keçən həftə İngiltərə U-21-nin məşqində zədələnib. Yarımmüdafiəçiyə ayağının sınığı diaqnozu qoyulub. 21 yaşlı futbolçunun oktyabrın ikinci yarısında meydana qayıdacağı gözlənilir.
"Liverpul"un növbəti oyunu sentyabrın 14-də Premyer Liqada "Nottingem Forest"ə qarşı olacaq.
Mirağa