DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Paraqvaya uduzan (0:1) Braziliya millisinin cinah hücumçusu Vinisius Junior yığmada keçirdiyi ardıcıl 3-cü oyunda məhsuldar göstəricilərlə yadda qalmayıb.
Fanat.Az xəbər verir ki, yenildikləri səfər qarşılaşmasında start "11-lik"də olan "Real Madrid"li 90+3-cü dəqiqədə idmançıya yaraşmayan hərəkətə görə sarı vərəqə almaqla kifayətlənib.
Vinisius 2024-cü ildə milli forma ilə çıxdığı 9 oyunun yalnız birində rəqib qapısına yol tapmağı bacarıb. O, Amerika Kubokunda məhz Paraqvayla matçda dubl edib.
Qeyd edək ki, yığmada 35 oyun keçiriən Vinisius 5 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat