"Mançester Yunayted" İngiltərə Premyer Liqanın 4-cü turunda "Sauthempton"un qonağı olub.
Fanat.Az xəbər verir ki, "qırmızı şeytanlar" səfərdə 3 xalı 3 qolla qazanıb.
Oyun Markus Reşford üçün əlamətdar olub. O, komandasının ikinci qolunun müəllifi olub. Bu qol isə vingerin 6 ay sonra fərqlənməsi deməkdir. Reşford sonuncu dəfə martın 17-də İngiltərə Kubokunun 1/4 finalında "Liverpul"un qapısına yol tapmışdı. O vaxtdan 181 gün keçib.