Müqavilə ilə PSJ-yə məxsus olan, cari mövsümü icarə əsasında "Leyptsiq"də keçirən Xavi Simons karyerasını İngiltərə nəhəngində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən jurnalist Kristian Falk yayıb.
Xəbərə görə, onun xidmətində "Mançester Siti" maraqlıdır. Mənbə "şəhərlilər"in 21 yaşlı Simonsu gələn yay komandanı tərk edəcəyi gözlənilən Kevin De Bröyneyə layiqli əvəzləyici saydıqlarını vurğulayıb.
Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 4 matça çıxan Simons 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Niderland millisinin üzvünün Paris klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun transfer qiymətini 80 milyon avro ilə dəyərləndirir.
Nihat