"Barselona" futbolçu Aytana Bonmati ilə müqaviləni yeniləyib.
Fanat.Az xəbər verir ki, Kataloniya klubu xanım futbolçu ilə müqavilənin uzadıldığını rəsmi saytında açıqlayıb.
26 yaşlı ispaniyalı 30 iyun 2028-ci ilə qədər "Barselona"da qalacaq.
Aytana "Barselona"nın heyətində 275 oyun keçirib və bütün yarışlarda 96 qol vurub. O, klubda bütün zamanların ən yaxşı qadın bombardiridir.
Əsas komandada olduğu müddətdə o, 23 kubok qazanıb. Bundan başqa, xanım futbolçu ötən il “Qızıl top”u da qazanıb.
Mirağa