"Çelsi"nin vingeri Mixail Mudrik 2025-ci ilin qış transfer pəncərəsində London klubunu tərk edə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Todofichajes" yayıb.
Mənbənin məlumatına görə, "zadəganlar" ukraynalını satacaq, lakin ona meydandakı performansı ilə “Çelsi” rəhbərliyini razı salmağa möhlət verilib.
Hazırda Mudrik “mavilər”in rəhbərliyini məyus edir. Klubun Direktorlar Şurası ümidləri doğrultmayan futbolçuya yüksək maaş verməyə davam etmək istəmir.
Xatırladaq ki, Mudrik "Çelsi"yə 2023-cü ilin yanvarında, 70 milyon avro qarşılığında "Şaxtyor"dan transfer edilib. Onun klubu ilə müqaviləsinin müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulub. Ötən mövsüm London təmsilçisinin forması ilə 41 matça çıxan Mixail 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Mirağa