"Liverpul"un qapıçısı Alison Beker "qırmızılar"ın bu yay "Yuventus"dan transfer etdiyi Federiko Kyeza barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun dediklərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Kyeza artıq məşqlərdə öz ustalıq səviyyəsini göstərir. Onun təbəssümünü gördüyüm üçün çox şadam. Federiko "Liverpul"a qoşulan andan gülümsəyir. Hiss olunur ki, böyük klubda oynamaq fürsəti qazandığına görə məmnundur".
Xatırladaq ki, İngiltərə təmsilçisi ötən ay Kyeza ilə 1 mövsümlük müqavilə bağlayıb.
Nihat