"Mançester Siti" rəhbərliyinin bir neçə Avropa nəhənginin diqqət mərkəzində olan ispan futbolçu Rodri ilə bağlı yekun qərarı bəlli olub.
Fanat.Az xəbər verir ki, məlumatı "The Athletic'" yayıb.
Xəbərə görə, "Real Madrid"in 28 yaşlı yarımmüdafiəçini transfer etmək ehtimalını nəzərə alan "şəhərlilər"in idarəçiləri onunla müqavilə yeniləməyi vacib sayırlar.
İndiki anlaşmasının müddəti 2027-ci ildə bitəcək Rodrinin yeni sözləşməsinin neçə ili əhatə edəcəyi açıqlanmayıb.
Qeyd edək ki, Rodri 2019-cu ildən "Mançester Siti"nin uğurları üçün çalışır.