"Liverpul"un baş məşqçisi Arne Slot Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda səfərdə "Milan" üzərində qazandıqları qələbəni (3:1) şərh edib.
Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:
"Bu, əla gün idi. Doğum günümü belə stadionda qələbə ilə qeyd etdiyim üçün şadam. İlk 5 dəqiqədən sonra belə danışa bilməzdim, amma hər şey yaxşı alındı. Biz topla nə dərəcədə yaxşı işləyə bildiyimizi göstərdik. Pressinq tətbiq etmək və aqressiv oynamaq xoşumuza gəlir. Ancaq biz həm də geridən oynamağı və qol vəziyyətləri yaratmağı xoşlayırıq".
Nihat