"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti komandanın gənc hücumçusu Endrikdən danışıb.
Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssisin sözlərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Endrik ciddi oğlandır. O, az danışır, çox işləyir. O, növbəti oyunlardan birində meydana start heyətdə çıxacaq. Endrikin inanılmaz dərəcədə böyük gələcəyi var".
Qeyd edək ki, Endrik Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda "Ştutqart"ın qapısına yol taparaq (3:1) "Real" tarixinin bu turnirdə qol vuran ən gənc oyunçusu olub.
Nihat