"Tvente"nin yarımmüdafiəçisi Yuri Reger Avropa Liqasının Liqa mərhələsinin 1-ci turunda səfərdə "Mançester Yunayted"ə qarşı keçirdikləri oyundan (1:1) danışıb.
Fanat.Az xəbər verir ki, orta xətt oyunçusunun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:
"Oyun 1:1 hesabı ilə yekunlaşdı və biz 1 xal qazandıq. Özümüzlə fəxr edə bilərik. Oyundan öncə mətbuat bizim şansımızın olmadığını yazırdı. Ancaq biz müdafiədə olduqca xoş təsir bağışladıq. Bundan başqa, topla da pis rəftar etməyərək yaxşı futbol sərgilədik. Fikrimcə, Avropaya necə oynaya bildiyimizi göstərdik.
Qol buraxana qədər fərqlənmək üçün bir neçə imkanımız oldu. Qapıçımız Unnerstall ilk yarıda bizi real qoldan xilas etdi. Eləcə də oyunun sonlarında bir neçə qurtarışla diqqət çəkdi. Amma biz də epizodlar ayardırdıq və buna görə özümüzlə qürur duymağa haqqımız çatır. Bu, bizim üçün yaxşı başlanğıcdır".
Nihat