Avropa Liqasının Liqa mərhələsinin 1-ci turunda evdə PAOK-u 3:1 hesabı ilə məğlub edən "Qalatasaray"ın kapitanı Kaan Ayhan qələbəni şərh edib.
Fanat.Az "Fanatik"ə istinadən xəbər verir ki, təcrübəli müdafiəçi belə danışıb:
"Komanda yoldaşlarımı təbrik edirəm. Meydana çıxanda çox duyğulandım. Əhvalımı korlaya biləcək yeganə şey məğlubiyyət olardı. İnanılmaz atmosfer var idi. Matça kapitan olaraq yaxşı hazırlaşmağa çalışmışdım. Etiraf edim ki, bu qədər emosional bir gün olacağını düşünməmişdim. Matçın sonlarında bir qədər yorulduğumu hiss etdim. Üçgündənbir oyuna çıxırıq. Sağ cinah müdafiəçisi mövqeyinə uyğunlaşmağa çalışdığım üçün yoruldum".
Nihat