"Real Madrid"in cinah hücumçusu Vinisius Juniora qarşı irqçi ifadələr işlədən azarkeş 1 il müddətinə həbs edilib.
Fanat.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, sözügedən hadisə ötən mövsüm La Liqanın XXXV turunda “Valensiya” ilə görüşdə qeydə alınıb.
Eyni hərəkəti "Malyorka" - "Vilyarreal" matçında da təkrarlayan şəxs polis tərəfindən saxlanılıb.
Məhkəmə azarkeşi 12 ay azadlıqdan məhrum edib və 3 il müddətinə futbol yarışlarına girişini yasaqlayıb.