FİFA 2025-ci ildə tamamilə yenilənmiş ilk
Klublararası Dünya Çempionatına ev sahibliyi etmək şərəfinə layiq görülən ABŞ arenalarının siyahısını açıqlayıb.
Fanat.Az xəbər verir ki, beynəlxalq qurum öz rəsmi saytında 12 Amerika stadionunun siyahısını dərc edib.
– "Rose Bowl", Los-Anceles, 88,500 yerlik;
– "Lumen Field", Sittl, 69.000 yerlik;
– "Camping World Stadium", Orlando, 65.000 yerlik;
– "Inter&Co Stadium", Orlando, 25.000 yerlik;
– "Mercedes-Benz Stadium", Atlanta, 75.000 yerlik;
– "GEODIS Park", Neşvill, 30.000 yerlik;
– "Bank of America Stadium, Şartotta, 75.000 yerlik;
– "TQL Stadium, Cincinnati, 26.000 yerlik;
– "Audi Field", Vaşinqton, 20.000 yerlik;
– "MetLife Stadium", Nyu-York, 82,500 yerlik – finala ev sahibliyi edəcək;
– "Hard Rock Stadium", Mayami, 65.000 yerlik;
– "Lincoln Financial Field", Filadelfiya, 69.000 yerlik.
Xatırladaq ki, Klublararası Dünya Çempionatı 2025 iyunun 15-də başlayacaq və iyulun 13-dək davam edəcək. FİFA turniri 32 iştirakçıya qədər genişləndirməklə bağlı inqilabi qərar verib. Avropanı “Çelsi”, “Real Madrid”, “Mançester Siti”, “Bayern Münhen”, “Borussiya D”, PSJ, “İnter”, “Yuventus”, “Atletiko Madrid”, “Portu”, “Benfika” və “Zalsburq” təmsil edəcək. Qrup mərhələsinin püşkatma mərasimi bu ilin dekabrında keçiriləcək.
Mirağa