“Qarabağ”ın Avropa Liqasındakı növbəti rəqibi “Malmö” İsveç çempionatında növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, sözügedən komanda öz meydanında “Myöllbü” ilə görüşüb.
“Malmö” matçın taleyini ilk 45 dəqiqədə həll edərək 2:0 hesabı ilə qalib gəlib. "Qarabağ"ın rəqibinin heyətində Seren Rieks 20-ci, İsaak Kise Telin isə 31-ci dəqiqədə fərqləniblər.
“Malmö” 25 oyundan sonra topladığı 48 xalla çempionatın lideridir.
Qeyd edək ki, Avropa Liqasının Liqa mərhələsində II tur çərçivəsində keçiriləcək “Qarabağ” – “Malmö” matçı oktyabrın 3-də reallaşacaq.