"İnter Mayami"nin argentinalı superulduzu Lionel Messi səfərdə "Kolambus Kryu"nu 3:2 hesabı ilə məğlub edərək MLS müntəzəm mövsümünün sonuna 2 tur qalmış çempionluğu bayram etmələrinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, 37 yaşlı hücumçu sosial şəbəkə hesabında ürək sözlərini bölüşüb:
"İlk hədəfə çatdıq. Komandamızla çox qürur duyuruq. Daha artığına nail olmaq üçün irəli addımlamağa davam edirik".
Xatırladaq ki, "İnter Mayami" bundan sonra pley-offun qalibinə verilən MLS Kuboku uğrunda mübarizə aparacaq. MLS Kubokunda hər konferensiyadan 9 kollektiv olmaqla, ümumilikdə 18 komanda gücünü sınayacaq.
Nihat