"Yuventus" klubu yarımmüdafiəçi Pol Poqba ilə müqaviləni ləğv etmək üçün tezliklə danışıqlara başlayacaq.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano məlumat yayıb.
Fransalının turinlilərlə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin ortalarına qədərdir.
Klub hazırda cəzalı olan futbolçunu "gözdən çıxarıb". Poqba özü də yeni başlanğıcın karyerası üçün ən yaxşı qərar olacağına inanır. Onun Səudiyyə Ərəbistanı və ya MLS-ə üz tutacağı gözlənilir.
Xatırladaq ki, fransalı futbolçunun İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya şikayəti verməsindən sonra antidopinq qaydasının pozulması ilə bağlı diskvalifikasiya müddəti 4 ildən 18 aya endirilib. O, yanvarda klubla məşqlərə başlayıb martda oynaya bilər.
Mirağa