"Real Madrid"in braziliyalı müdafiəçisi Eder Militao millisinin qarşıdakı oyunlarında iştirak etməyəcək.
Fanat.Az xəbər verir ki, məlumatı “The Athletic” yayıb.
Xəbərə görə, futbolçu oktyabrın 5-də vətəninə uçub və orada tibbi müayinədən keçib. Nəticədə ona sol bud nahiyəsində yüngül əzələ zədəsi diaqnozu qoyulub.
Beləliklə, Militao 2026-cı il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Çili (11 oktyabr) və Peru (16 oktyabr) ilə keçiriləcək iki matçda "sambaçılar"a kömək etməyəcək.
Mirağa