"Çelsi"nin baş məşqçisi Entso Mareska İngiltərə Premyer Liqasının 7-ci turunda "Nottingem Forets"ə qarşı keçirdikləri oyunu (1:1) dəyərləndirib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "zadəganlar"ın rəsmi saytı belə çatdırıb:
"İlk 45 dəqiqədə oyuna nəzarət edir, qol vəziyyətləri yaradırdıq. "Brayton"la oyunla müqayisə etsək, bu, tam başqa qarşılaşma idi. İlk yarıda yaxşı təsir bağışlasaq da, ikinci hissədə qol buraxdıq və oyun bir qədər gərginləşdi. Amma çox keçmədən rəqiq qapısına yol tapa bildik və ritmdən qopmadıq.
Rəqib 78-ci dəqiqədən azlıqda qalsa da, böyük qüvvə ilə müdafiə olunurdu. Onlara əks-hücum imkanı verə biləcəyimizdən ehtiyatlanırdıq. Məncə, qələbəyə layiq idik".
Nihat