"Liverpul"un çexiyalı qolkiperi Vitezslav Yaroş "qırmızılar"ın heyətindəki ilk oyununu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, İngiltərə Premyer Liqasının 7-ci turu çərçivəsində "Kristal Pelas"a qarşı keçirdikləri səfər matçında (1:0) meydana ehtiyatdan çıxaraq debütünü reallaşdıran qolkiper təəssüratlarını klubun rəsmi saytına bölüşüb:
"Möhtəşəm hisslərdir, uşaqlıq arzum həyata keçdi. Təbii, belə bir matçın sonlarında (Yaroş 80-ci dəqiqədə debüt şansı qazanıb -red.) oyuna qoşulmaq asan deyildi. Amma hər şey yaxşı alındı və biz 3 xal qazandıq".
Xatırladaq ki, 23 yaşlı Yaroş 2017-ci ildən "Liverpul"dadır.
Nihat