"Real Sosyedad"ın yarımmüdafiəçisi Martin Subimendi karyerasını İngiltərə nəhəngində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Relevo" yayıb.
Xəbərə görə, 25 yaşlı oyunçunun xidmətində "Mançester Siti" maraqlıdır. Mənbə "şəhərlilər"in Subimendini zədələnərək uzun müddətə sıradan çıxan Rodrini əvəzləmək üçün transfer etmək istədiklərini və bu keçid üçün qarşı tərəfə 60 milyon avro ödəməyə hazır olduqlarını vurğulayıb.
Xatırladaq ki, Martin bu ilin yayında "Liverpul"a keçməkdən imtina etmişdi.
Nihat