"Yuventus"un əfsanəvi futbolçusu Alessandro Del Pyeronun qızı atasının yolu ilə gedir.
Fanat.Az "Sky Sport"-a istinadən xəbər verir ki, Dorotea Turin klubunda çıxış edəcək.
O, "Yuventus"un U-17 qadın komandasına cəlb olunub.
“Qoca sinyora”nın keçmiş kapitanının qızı 2009-cu ildə anadan olub və Los-Ancelesdə böyüyüb. 15 yaşlı Dorotea futbolun sirlərinə ABŞ-da yiyələnib.
Del Pyero demək olar ki, bütün karyerasını "Yuventus"da keçirərək, 19 il (1993-2012) bu komandanın rənglərini qoruyub, altı dəfə İtaliya çempionu , bir dəfə Çempionlar Liqasının qalibi olub. O, 2006-cı ildə dünya çempionu tituluna yiyələnib.
Mirağa