İngiltərə Premyer Liqasında 21-ci əsrin ən yaxşı məşqçisi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, "Goal"-ın müəyyənləşdirdiyi reytinqə “Mançester Yunayted” klubunun keçmiş baş məşqçisi Aleks Ferqyuson başçılıq edir.
82 yaşlı eks-mütəxəssis 2000-ci illərdə Premyer Liqada çalışmış 25 məşqçinin yer aldığı siyahıda birinci yeri tutur.
İlk "üçlük"də Ser Aleksdən sonra “Mançester Siti”nin hazırkı baş məşqçisi Xosep Qvardiola və London “Arsenal”ının əfsanəvi keçmiş baş məşqçisi Arsen Venger yer alır.
21-ci əsrdə Premyer Liqanın ən yaxşı 10 məşqçisi:
1. Aleks Ferqyuson (Mançester Yunayted)
2. Xosep Qvardiola (Mançester Siti)
3. Arsen Venger (Arsenal)
4. Joze Mourinyu (Çelsi, Mançester Yunayted, Tottenhem)
5. Yurgen Klopp (Liverpul)
6. Karlo Ançelotti (Çelsi, Everton)
7. Roberto Mançini (Mançester Siti)
8. Antonio Konte (Çelsi, Tottenhem)
9. Manuel Pelleqrini (Mançester Siti, Vest Hem)
10. Klaudio Ranyeri (Çelsi, Lester, Fulhem)