"Milan"ın yarımmüdafiəçisi Teyani Reynders komandanın üzərindəki təzyiqdən və bu mövsüm üçün hədəflərindən danışıb.
Fanat.Az xəbər verir ki, " Milan News" onun sözlərini belə çatdırıb:
"Təzyiq həmişə böyükdür və biz bu təzyiq fonunda mükafatlar qazanmalıyıq. "Milan" kimi klubdasansa, əsas məqsədin titullar əldə etmək olmalıdır. Bunu hamımız bilirik. Hədəfimizə çatmaq üçün mübarizə aparmalıyıq.
Məqsədimiz skudettonu qazanmaqdır və yalnız bu deyil. Mümkün qədər daha çox mükafat əldə etməyə köklənmişik. Mövsümə o qədər də uğurlu başlamadıq, amma komandamıza inanıram. Bilirəm ki, çox şeyə nail ola biləcək gücdəyik".
Nihat