Amerika MLS-də mövsümün izləyici sayı tarixi rekord qırıb.
Fanat.Az xəbər verir ki, bu barədə ESPN yayıb.
Mənbənin məlumatına görə, müntəzəm mövsümün bitməsinə hələ 16 oyun qalmasına rəğmən, liqa artıq ötən mövsümdə müəyyən edilmiş 10 milyon 900 min 804 tamaşaçı sayını keçib.
Liqa rəhbərliyi say artımının yüksələn xətlə inkişaf etməsinin əsas səbəblərindən biri kimi Lionel Messi başda olmaqla, ulduz oyunçuların varlığını göstərir. Bundan başqa, “azarkeşlər üçün daha müstəsna və rahat mövsüm abunəliyi”nin yaradılması da əsas amillərdən biri hesab olunur.
2024-cü ildə MLS oyunlarında orta tamaşaçı sayı 23 min nəfərdən çox olub. Aprelin 13-də “Errouhed” stadionunda bir oyuna tamaşaçı sayına görə MLS-in rekordu müəyyənləşib. Onda “İnter Mayami”nin “Sportinq Kanzas Siti” ilə oyununu izləmək üçün 72 610 tamaşaçı tribunalara toplaşıb. Liqada həmçinin "Atlanta" (orta hesabla 49 min nəfərdən çox) və "Şarlotta" (35 min) komandalarının iştirakı ilə matçlarda yüksək məhsuldarlıq qeydə alınıb. Ən pis ziyarətçi isə "Kolorado" (15 min) və "Hyuston Dinamo"da (16 min) olub.
Mirağa