Oktyabr "pəncərə"sində yoldaşlıq görüşü keçirmək üçün rəqib tapmayan və hazırda davam edən toplanışda məşqlərlə kifayətləən Rusiya yığması artıq növbəti növbəti fasiləni düşünür.
Fanat.Az "Sport24"-ə istinadən xəbər verir ki, ruslar noyabrdakı FİFA pəncərəsində Türkmənistan yığması ilə evdə yoldaşlıq oyunu keçirməklə bağlı ilkin razılığa gəlib.
Razılaşmaya görə, oyun noyabrın 15-də Moskvada keçiriləcək.
Türkmənistan millisi FİFA reytinqində 142-ci yerdədir. Rusiya isə 34-cü pillədə qərarlaşıb.