"Milan"ın sabiq futbolçusu Alessandro Kostakurta komandanın 25 yaşlı cinah hücumçusu Rafael Leaunu tənqid edib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Milan News" belə çatdırıb:
"Həmişə ümid edirik ki, o, həmin effektli sıçrayışı edəcək. Keyfiyyətlərini ortaya qoymaq üçün 18 saniyə kifayət deyil. Rafael bir neçə dəqiqə nəyə qadir olduğunu göstərməlidir. Unutmayaq ki, o, 1999-cu il doğumludur. Yəni artıq futbol gəncliyini geridə qoyur. Leauya nə deyərdim? Deyərdim ki, səninlə oynamayan elə insanlar var ki, onlardan nümunə götürmək lazımdır".
Nihat