"Barselona"nın və İspaniya millisinin sabiq yarımmmüdafiəçisi, 40 yaşında butslarını mıxdan asmaq qərarına gələn Andres İnyesta 22 illik peşəkar kareyrası ərzində bir dəfə də qırmızı vərəqə almayıb.
Fanat.Az xəbər verir ki, böyüklər arasında ümumilikdə 1016 oyun keçirən Andres nə yığma forması ilə çıxdığı matçlarda meydandan qovulub, nə də klub.
1996-2018-ci illər aralığında "Barselona"da olan ulduz veteran daha sonra Yaponiyanın "Vissel Kobe" komandasının şərəfini qoruyub. İnyesta son olaraq Birləşmiş Ərəb Əmirliklərinin "Emireyts" klubunun uğurları üçün çalışıb. O, İspaniya millisi ilə 2 dəfə Avropa, 1 dəfə dünya çempionluğunu bayram edib.
Nihat