"Panatinaikos"un və Yunanıstan millisinin müdafiəçisi Corc Boldok ölü tapılıb.
Fanat.Az xəbər verir ki, informasiyanı yerli "SPORT24" nəşri yayıb.
Mənbənin məlumatına görə, 31 yaşlı futbolçunun meyiti oktyabrın 9-da Afina ətrafında yerləşən evinin hovuzunda aşkar edilib. Ölümün səbəbi hələ müəyyən edilməyib.
Boldok ötən yay "Panatinaikos"a keçib və 4 matçda iştirak edib. 2017-ci ildən o, İngiltərənin “Şeffild Yunayted” klubunda çıxış edib, 219 oyun keçirib ki, bunun da 83-ü Premyer Liqada baş tutub.
Baldok 2022-ci ildə Yunanıstan millisində debüt edib və 12 oyun keçirib.
Mirağa