Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu daha bir dünya ulduzunu sıralarına cəlb etməyi hədəfləyir.
Fanat.Az xəbər verir ki, məlumatı "TEAMtalk" yayıb.
Xəbərə görə, Ər-Riyad təmsilçisinin portuqaliyalı hücumçusu Kriştianu Ronaldu rəhbərlikdən cari mövsümün sonunda "Mançester Siti" ilə müqaviləsinin müddəti başa çatacaq Kevin De Bröynenin heyətə qatılmasını xahiş edib. Mənbə ərəblərin belçikalı mərkəz yarımmüdafiəçisinə həftəlik 1,19 milyon avro maaş ödəməyə hazır olduqlarını vurğulayıb. Tərəflərin anlaşmaq ehtimalı yüksək qiymətləndirirlir.
Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 6 matça çıxan Kevin 1 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat