"Tottenhem"in cinah müdafiəçisi Pedro Porro "Real Madrid"ə mümkün transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, onun sözlərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Əlbəttə, bu söz-söhbətlərlə fəxr edirəm. Mənim "Real"a keçə biləcəyimi deyirlərsə, deməli, hər şeyi düzgün edirəm. Nə vaxtsa bu transfer baş tutsa, sizin də xəbəriniz olacaq. İndi isə bütün diqqətimi öz klubuma - "Tottenhem"ə yönəltmişəm".
Qeyd edək ki, "Real"ın Porronu zədələnərək uzun müddətə sıradan çıxan Daniel Karvaxalın mövqeyinə transfer edə biləcəyi ilə bağlı xəbərlər yayılıb.
Nihat