Norveç millisi Millətlər Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Sloveniyanı qəbul etdiyi oyunda 3:0 hesabı ilə qalib gəlib.
Fanat.Az xəbər verir ki, “Mançester Siti”nin hücumçusu Erlinq Holand ikinci hissədə vurduğu qollarla dubl edib.
"Opta"-nın məlumatına görə, 24 yaşlı forvard millinin heyətində 34-cü qolunu vuraraq, Norveç tarixinin ən yaxşı bombardiri olub.
Əvvəlki nailiyyət (33 qol) 1934-cü ildən yenilənməyən Yergen Yuveyə məxsus idi.
Mirağa