2006-cı ildə "Qızıl top" mükafatını qazanan Fabio Kannavaro harada işləmək istədiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, jurnalist Alfredo Pedullanın saytı dünya çempionunun sözlərini belə çatdırıb:
"Son həftələrdə xarixi klublardan aldığım bir neçə təklifi geri çevirmişəm. İtaliyada qalmaq, "Udineze"də topladığım təcrübədən sonra başqa A Seriyası təmsilçisini çalışdırmaq istəyirəm".
Qeyd edək ki, Çinin "Quançjou" komandası ilə ölkə çempionu adını qazanan Kannavaronun son iş yeri "Yuventus" olub.
Nihat