İtaliyanın "Napoli" klubu yanvarda hücumçusu Viktor Osimheni satmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, məlumatı "Metro" yayıb.
Mənbənin məlumatına görə, nigeriyalı qış transfer pəncərəsində top-klubdan qaneedici təklif alacağı təqdirdə iş yerini dəyişəcək. Baxmayaraq ki, Türkiyənin “Qalatasaray” klubu Osimheni mövsümün sonuna kimi icarəyə götürüb. Lakin müqavilədə bənd var ki, Viktora "böyük beşliy"in nəhəng klublarından dəvət gələrsə, yanvarda icarə anlaşması dayandırıla bilər.
Yayda Osimheni sıralarına qatmağa çalışan, lakin tərəflərin maaş məsələsini həll edə bilməməsi üzündən futbolçunun keçidini reallaşdıra bilməyən Londonun "Çelsi" klubu danışıqları yenidən bərpa etməyə hazırlaşır.
25 yaşlı Viktor cari Türkiyə çempionatında üç oyunda iki qol vurub və iki məhsuldar ötürmə edib.
Mirağa