"Real Madrid"in və Fransa millisinin yarımmüdafiəçisi Eduardu Kamavinqa həm yığmada, həm də klubda komanda yoldaşı olan Kilian Mbappe ilə münasibətlərindən danışıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Mbappeni "Real"da hamı sevir. Hər şeydən öncə o, ispanca yaxşı danışır və bu məqam onun işini asanlaşdırır. Mbappe sadə və ciddi insandır. Paltardəyişmə otağına çox tez uyğunlaşdı. Buna görə hamımız şadıq".
Xatırladaq ki, Mbappe bu yay PSJ-dən ayrılaraq azad agent qismində "Real"a keçib.
Nihat