Braziliya millisinin baş məşqçisi Dorival Junior DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə Çili üzərində qazandıqları əzmkar qələbəni şərh edib.
Fanat.Az xəbər verir ki, UOL onun dediklərini belə çatdırıb:
"Hələ gənc olan komandanın ifasında formalaşmış oyun gördüyüm üçün şadam. Balanslı və təmkinli oynadıq. Qollar mövqe dəyişikliklərindən sonra vuruldu. Addım-addım irəliləyirik. Hələ çox şeyi düzəltmək lazım gələcək, amma doğru yoldayıq".
Xatırladaq ki, 2-ci dəqiqədə hesabda geri düşən Braziliya sonradan 2 top vura bilib. "Sambaçılar" qələbə qoluna oyunun 89-cu dəqiqəsində imza atıblar.
Nihat