"Mançester Siti"nin yeni idman direktorunun kim olacağı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, bu, hazırda "Sportinq"də eyni postu tutan Uqo Vianadır. Mənbə portuqaliyalı mütəxəssisin 2025-ci ildən "şəhərlilər"ə qoşulacağını açıqlayıb.
41 yaşlı Viana 2018-ci ildən Lissabon təmsilçisində işləyir.
Nihat