Son vaxtlara qədər Erik ten Haqın məşqçilər korpusunda çalışan Benni Makkarti niderlandlı mütəxəssisin mümkün qovulmasından danışıb.
Fanat.Az xəbər verir ki, o, "SuperSport"-a açıqlamasında bunun yaxşı fikir olmadığını deyib:
“Ten Haqı kiminlə əvəz edəcəksən? “Mançester Yunayted” üçün hansı namizəd daha yaxşıdır? Nə qədər ki, Pep Qvardiola bu vəzifəni yerinə yetirmir, başqa yaxşı variant yoxdur. Hazırda ten Haqdan daha yaxşı birinin olduğunu deyə bilmərəm".
Qeyd edək ki, Makkarti 2002-2004-cü illər aralığında "qırmızı şeytanlar"ın məşqçilər korpusunda yer alıb və bu yay vəzifəsindən (forvardlarla iş üzrə məşqçi) kənarlaşdırılıb.
Erik ten Haqın "Mançester Yunayted"lə müqaviləsinin müddəti 2026-cı ilin ortalarına qədərdir.
Mirağa