"Real Madrid" klubu gənc mərkəz müdafiəçisi Xoan Martines ilə yeni müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, məlumatı "Kral klubu"nun mətbuat xidməti yayıb.
17 yaşlı futbolçunun müqaviləsi 2026-cı ilin ortalarına qədər nəzərdə tutulub. Müdafiəçinin yayda çarpaz bağları yırtıldığı üçün sıradan çıxıb, lakin "Real" gənc oyunçunun parlaq gələcəyinə əmindir.
Tanınmış insyder Fabritsio Romano hələ Madrid nəhənglərinin əsas komandasında hələ debüt etməmiş Martinesin yeni anlaşma sevincini belə çatdırıb: “Dünyanın ən yaxşı klubu ilə müqaviləmin müddətini uzatdığım üçün çox xoşbəxtəm və həyəcanlıyam. İndi daha da həvəslə hazırlaşıram”.