"Mançester Yunayted"in soyunub-geyinmə otağındakı söhbətlər dinlənilib.
Fanat.Az xəbər verir ki, söhbət bir həftə əvvəl İngiltərə Premyer Liqasında baş tutan "Aston Villa" - "Mançester Yunayted" matçından (0:0) gedir.
Xəbərə görə, “The Sun” qəzetinin əməkdaşları oyuna iki gün qalmış stadion işçilərindən birini aldadaraq qonaqların paltardəyişmə otağına gizlicə girə bilib. Orada dinləmə aparatı quraşdırıb. Nəşrin əməkdaşları “Mançester Yunayted”in soyunub-geyinmə otağındakı danışıqları dinləməyi bacarsalar da, söhbətlərin məzmunu açıqlanmayıb.
Qeyd olunub ki, hadisə Premyer Liqa klubları arasında narazılığa səbəb olub.
Mirağa