İngiltərə millisinin müdafiəçisi Harri Maquayr qışda "Mançester Yunayted"i tərk etməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Daily Star" yayıb.
Xəbərə görə, "qırmızı şeytanlar"ın rəhbərliyi 31 yaşlı oyunçunu 11 milyon avroya satmağa hazırdır. Mənbə baş məşqçi Erik Ten Haqın Maquayrla bağlı son qərarını verdiyini, onun heyətdə qalmasını istəmədiyini vurğulayıb.
Qeyd edək ki, cari mövsüm MY forması ilə bütün turnirlərdə 9 oyuna çıxan Maquayr 1 qol vurub. Hazırda zədəli olan Harri təxminən 1 ay yaşıl meydanlardan kənarda qalacaq. Onun klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Nihat