“Turan Tovuz”un futbolçusu Denis Marandiçinin çıxış etdiyi Moldova millisi növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, sözügedən komanda UEFA Millətlər Liqasının IV turunda Maltanın qonağı olub.
Marandiçinin komandası səfərdən məğlub dönüb – 0:1.
"Turan Tovuz"un üzvü da görüşün iştirakçısı olub. O, oyuna start heyətdə başlayıb və fasilədə əvəzlənib.
Məğlubiyyətə baxmayaraq, Moldova millisi D Liqasının 2-ci qrupunda 3 oyundan sonra 6 xalla liderdir.