"Napoli"nin qapıçısı Aleks Meret karyerasını İngiltərə nəhəngində davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "TEAMtalk" yayıb.
Xəbərə görə, onun xidmətində "Arsenal" maraqlıdır. Mənbə "topçular"ın 27 yaşlı qolkiperi gələn yay azad agent qismində sıralarına cəlb etməyi hədəflədiyini vurğulayıb. London təmsilçisinin Mereti ikinci qapıçı qismində rənglərinə bağlamağı hədəflədiyi də diqqətə çatdırılıb.
Qeyd edək ki, sözügedən "çərçivə" qoruyucusu cari mövsüm bütün turnirlərdə 6 oyuna çıxaraq 4 qol buraxıb. 2018-ci ildən "Napoli"də olan Meret bu qarşılaşmaların dördündə qapısını toxunulmaz saxlayıb.
Nihat