İspaniya millisinin baş məşqçisi Luis de la Fuente "Real Sosyedad"ın yarımmüdafiəçisi Martin Subimendidən danışıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Mirror" belə çatdırıb.
"Rodri dünyanın ən yaxşı yarımmüdafiəçisidir, Subimendi ikincidir. Martin özünəinam formalaşdırır, meydanda sığortasız qaldığı anlarda belə, həyəcanlanmır. Subimendi meydanda ondan tələb etdiyimiz hər şeyi verir. Əla futbolçudur. Dediyim kimi, mənim üçün Rodridən sonra məhz Martindir".
Xatırladaq ki, bu yay "Liverpul" Subimendini sıralarına cəkb etməyə çalışsa da, orta xətt oyunçusu "Real Sosyedad"da qalmağa üstünlük verib.
Nihat